Türkiyədə zəlzələ ilə bağlı təxirə salınmış futbol liqalarında oyunların yeni tarixi bəlli olub.

Bu barədə Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi açıqlama verib. Funksioner bildirib ki, Superliqa, I Liqa və digər çempionatlar martın 3-4 martda bərpa olunacaq.
Keçirilən konfrans zamanı Mehmed Büyükekşi həmçinin zəlzələnin baş verdiyi əraziləri təmsil edən komandalar bağlı da məlumat verib. O, “Hatayspor” klubunun Superliqada çıxışını dayandırdığını bildirib. Klub zəlzələ səbəbindən bu mövsüm ölkə çempionatında iştirak etmək istəmir. Bununla bağlı TFF-yə məktub göndərilib. Büyükekşinin sözlərinə görə "Qaziantep" də çempionatından çıxmaq istəsə, mövsümün qalan hissəsini 17 komanda ilə davam etdirmək istədiklərini bildirib.